Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi bəyannamə təqdim etməlidirmi?

23:43 / 09.05.2022
1385
Hesabat dövründə heç bir fəaliyyəti olmayan vergiödəyicisi həmin dövr üçün bəyannaməni vaxtında təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunacaqmı?
Sfera.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq "Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış" təqdim etməlidir.
Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.