İdmançımız 30 saniyəyə qələbə qazandı

İdmançımız 30 saniyəyə qələbə qazandı

“Qəbələ” İdman Klubunun üzvü Fərhad Poladov MMA döyüş növü üzrə növü üzrə uğura imza atıb.

Ukraynanın Odessa şəhərində keçirilən Maksmiks reytinq döyüş turnirində Özbəkistan idmançısının birinci raundda məğlub edərək professional növbəti Maksmiks reytinq turnirinə lisenziya qazanıb.

Saytımıza açıqlamasında təmsilçimiz bu uğurlarına görə məşqçilərinə təşəkkür edib: “Şəxsi məşqçilərimə təşəkkür edirəm. Ruhi Hüseynov və Ramil Allahverdiyevə hər şey üçün “sağ olsunlar” deyirəm”.

Qeyd edək ki, Poladov MMA-da bir çox uğurların sahibidir. İdmançımız 2 dəfə kunq-fu sanday üzrə dünya çempionu olub. O, həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. 22 yaşlı döyüşçü 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib. Poladovun şəxsi məşqçisi Ramil Allahverdiyevdir. İdmançımız yarışlara Şaolin Sanda Federasiyasının rəhbərliyi altında gedib.  //qafqazinfo.az


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...