Həkim: “Yağ, pendir və çörək ürək üçün təhlükəlidir”

Həkim: “Yağ, pendir və çörək ürək üçün təhlükəlidir”
Rusiyalı qastroenteroloq Sergey Vyalov kərə yağı və pendir-çörəkli adi səhər yeməyini sağlamlıq üçün təhlükəli adlandırıb.

Sfera.az xəbər verir ki, həkim qeyd edib ki, belə səhər yeməyi çox yeyilən zaman mədəaltı vəzi həddən artıq yüklənir. Nəticədə, pankreatitin inkişaf riski yaranır. Belə ki, yağlı qidaların çox olması ilə öd turşusu bu orqanın kanallarına atıla bilər.

Bundan əlavə, belə bir səhər yeməyi ürək-damar sisteminə də zərər verə bilər.

"Nə qədər çox heyvan yağı yeyirsinizsə, qanda xolesterin və triqliseridlərin səviyyəsi bir o qədər yüksək olar ki, belə halda da ateroskleroz bir o qədər tez inkişaf edir. Aterosklerotik yığınlar ürəkdə qan axını üçün maneə törədir və ürəyin işemik xəstəlikləri (infarkt və ya stenokardiya) məhz belə yaranır”, -deyə o, bildirib.

Eyni zamanda, Vyalovun fikrincə, pendir və yağlı çörəklərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, heyvan yağlarını bitki yağları ilə əvəz etmək olar.
 
(Oxu.az)

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...