Gözlənilən 9X smartfonları artıq satışda

Gözlənilən 9X smartfonları artıq satışda

Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə təklif edilir. Dünyada istifadəçilərin rəğbətini qazanmış bu smartfonlar bir çox üstünlüklərə malikdirlər. 

Əsas üstünlüklərdən biri hərəkətli selfi kamerasının olmasıdır. Kameranın hərəkət müddəti 1.3 saniyə təşkil edir, üz cizgilərinin təyini üçün isə cəmi 1 saniyə kifayətdir. HONOR 9X smartfonu üç əsas kamera ilə təchiz olunmuşdur. Onlardan biri 48 MP, digərləri isə 8 və 2 MP-dir. Yüksək keyfiyyətli çəkiliş imkanlarına malik HONOR 9X ilə həm gündüz, həm də gecə gözqamaşdırıcı, fərqli şəkillər ərsəyə gətirə bilərsiniz. 16 MP ön kamera ilə isə çəkəcəyiniz selfilər hər kəsi valeh edəcək.

Yaddaş imkanllarına görə də model öz sələflərini qabaqlayır. HONOR 9X smartfonunun operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 128 GB-dır. Honor 9 X Google Android 9 proqram təminatı ilə işləyir. Smartfona bu brendə xas EMUI 9.1 sistemi quraşdırılmışdır.

4000 mAh enerji tutumuna malik batareya davamlılığı ilə Sizi çətin vəziyyətdə qoymayacaq. Maksimal ekran parlaqlığı ilə video izləmə müddəti 8 saat, oyunlarla əylənmək müddəti 6 saat 20 dəqiqə, iş rejimində ekranın işıqlanması isə 5 saat təşkil edir. Ayrılıqda isə 108 saat musiqi dinləmək, 28 saat danışmaq, 10 saat oyunlarla əylənmək və 22 saata kimi video izləmək mümkündür. HONOR 9X təxminən 2 saat 20 dəqiqə ərzində şarj olunur. Bir sözlə Honor 9X müasir insanın bütün tələblərinə cavab verən, dizaynı və iş keyfiyyəti ilə göz oxşayan smartfon modelidir.

 

İrşad electronics-də HONOR smarfonlarını ilkin ödənişsiz, komissiyasız və faizsiz olmaqla 12 ay müddətinə hissə-hissə ödəmə şərti ilə əldə etmək mümkündür. Bundan əlavə, 31 dekabradək İrşad electronics mağazalarından HONOR 9X smartfonu alanlara və ya onlayn sifariş verənlərə Blutuz Sport qulaqlıqları hədiyyə edilir.  HONOR 9X ilə MaXimuma hədəflən!

HONOR xüsusi stili özündə ehtiva edən smartfon brendidir və yüksək texnologiyalar sahəsində yeni inqilabi məhsul kimi mövqelənir. "HONOR mənim dünyamdır" şüarı ilə istehsal olunan bu smartfonların əsas missiyası özünü ifadə edə bilən fərdlərin smartfon seçimi olmaqdır. Ölkəmizdə də HONOR artıq rəğbət qazanmış azsaylı smartfon brendlərindən biridir. Azərbaycanda 30-dan artıq mağazalar şəbəkəsi ilə təmsil olunan İrşad electronics HONOR brendinin rəsmi distribüteridir.


OXŞAR XƏBƏRLƏR

Kiber hücumların sayı kəskin artıb - Nazir açıqladı

"Əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu hadisə 11 saniyədən bir baş verir”.   Sfera.az bildirir ki, bunu rəqəmsal ...

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

Aprelin 22-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi keçiriləcək. Sfera.az xəbər verir ki, yeni yaradılacaq As...

“TikTok insanları canlı yayımda meymuna çevirir” - Yeni dilənçilik növü

Tanınmış texnobloqer Fərid Pərdəşünas Azərbaycanda azyaşlı uşaqların valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarına hədiyyələr göndərməsi pr...

Gözlənilən 9X smartfonları artıq satışda

Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə tə...

"WhatsApp"a qaranlıq fon gəlir

"WhatsApp"dan istifadəçilərini sevindirəcək xəbər. Uzun zamandır maraqla gözlənilən qaranlıq fon tədbiqi başlayır. Antıq bu yenilik beta versiyada istifadəyə ve...

Vatsapda YENİ FUNKSİYALAR

Vatsap istifadəçiləri ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər. ...