Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır
Aprelin 22-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi keçiriləcək.

Sfera.az xəbər verir ki, yeni yaradılacaq Assosiasiyanın Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərin təkmilləşdirilməsini və qarşılıqlı koordinasiyasını təşkil etməsi nəzərdə tutulur.

Assosiasiya 22 fevral 2022-ci il tarixində informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması olaraq təsis edilib.

Təsis yığıncağında Assosiasiyanın sədri vəzifəsində Rahid Ələkbərlinin və Baş Katib vəzifəsinə Bulu İsmayılovanın namizədliyi təsdiqlənib. 

Assosiasiya kibertəhlükəsizlik sahəsində innovativ layihələrin, texniki resurs və proqram təminatlarının hazırlanması, Azərbaycanın beynəlxalq reytinq və hesabatlarda mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin aparılması vəzifələrini icra edəcək.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi aprelin 22-i "JW Marriot” otelində baş tutacaq.



OXŞAR XƏBƏRLƏR

Kiber hücumların sayı kəskin artıb - Nazir açıqladı

"Əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu hadisə 11 saniyədən bir baş verir”.   Sfera.az bildirir ki, bunu rəqəmsal ...

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

Aprelin 22-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi keçiriləcək. Sfera.az xəbər verir ki, yeni yaradılacaq As...

“TikTok insanları canlı yayımda meymuna çevirir” - Yeni dilənçilik növü

Tanınmış texnobloqer Fərid Pərdəşünas Azərbaycanda azyaşlı uşaqların valideynlərinin bank kartlarını əlavə etməklə TikTok yayımçılarına hədiyyələr göndərməsi pr...

Gözlənilən 9X smartfonları artıq satışda

Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə tə...

"WhatsApp"a qaranlıq fon gəlir

"WhatsApp"dan istifadəçilərini sevindirəcək xəbər. Uzun zamandır maraqla gözlənilən qaranlıq fon tədbiqi başlayır. Antıq bu yenilik beta versiyada istifadəyə ve...

Vatsapda YENİ FUNKSİYALAR

Vatsap istifadəçiləri ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər. ...