Fransalı səfir “azərbaycanlı qadınlar sülhə töhfə verə bilər” deyəndə nəyi nəzərdə tutub? – AÇIQLAMA

Fransalı səfir “azərbaycanlı qadınlar sülhə töhfə verə bilər” deyəndə nəyi nəzərdə tutub? – AÇIQLAMA
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduqlarını bildirib.
 
Bundan əlavə, səfir vətəndaş cəmiyyətinin, alimlər, beyin mərkəzləri, rəssamlar, yazıçılar, aktyorlar, iş adamları və sadə vətəndaşların sülhdə mühüm rol oynaya biləcəyini deyib. Qadınların da sülhyaratmada üstün rolunu qeyd edən səfir sülh üçün həqiqi imkanların mövcud olduğunu deyib.
Maraqlıdır, Fransa tərəfinin belə bir istəkdə olması (sülh sazişinin imzalanması) nə dərəcədə realdır? Bundan əlavə, səfir müxtəlif sahədə olan insanların sülhdə rol oynaya bilmə məsələsini vurğulamaqla nəyi deməyə çalışıb? 

Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Fransanın Avropa İttifaqı timsalında danışıqlarda rol oynamaq istəyinin olduğunu bildirib:

"Fransa Xarici İşlər Nazirliyinin, eləcə də Makronun Azərbaycanla bağlı mövqeyində dəyişiklik olduğunu görürük. 44 günlük müharibədən sonra Azərbaycana qarşı radikallıq mülayim siyasətlə dəyişmiş oldu. Paris yaxşı başa düşdü ki, bölgədə vəziyyət dəyişib və Azərbaycanı qarşısına almaq Cənubi Qafqazı itirmək demək olacaq. Bundan başqa Fransa Avropa İttifaqı timsalında qurumun danışıqlarda artan rolunda fəal iştirak etmək istəyir. Paris Minsk qrupundan sonra Avropa İttifaqında bu məsələlərdə müəyyən rol oynaya bilər. Digər tərəfdən, məlum məslədir ki, Ermənistan Azərbaycanla sülh danışıqları və dialoq vasitəsi ilə problemlərin aradan qaldırılması ilə bağlı danışıqlarda iştirak edir. Belə olacağı təqdirdə Fransa da danışıqları dəstəkləməlidir”. 

Politoloq indiki məqamda rəsmi Fransanın yalnız bir rolunun olduğunu vurğulayıb, o da "yuxudan oyatmaq” :

"Vətəndaş cəmiyyəti, beyin mərkəzləri, alim və yazıçıların sülhə töhfə verməsi illərlə məlum olan məsələdir. Bu istiqamətdə işin aparılmasına qədər Ermənistanla-Azərbaycan arasında müəyyən çağırışlar var ki, onlar aradan qaldırılmalıdır. Ermənistan ilk növbədə azad və suveren olmağını sübut etməlidir və verdiyi sözləri yerinə yetirməlidir. Fransanın ən böyük xidməti Ermənistanı yuxudan oyatmaq ola bilər. Azərbaycan istər dövlətlər səviyyəsində, istərsə də yumuşaq güc vasitəsilə dialoqa "hə” deyir”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...