Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ - MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ -  MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib.

Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;

- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).

Ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.

Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)".


 

OXŞAR XƏBƏRLƏR

Niyə məhz 28 aprel, niyə məhz Ukraynaya yardım göndəriləndən sonra? – Yanğın, yoxsa təxribat?

"Azərsun Sənaye Parkı”nda baş verən yanğın sosial şəbəklərin Azərbaycan seqmentində geniş müzakirə edilir. Yanğınla bağlı səslənən bir sıra iddialar isə xüsusi ...

28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA

"Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox ...

Operativ Qərargah karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb. Sfera.az xəbə...

TƏBİB-dən maska qadağası ilə bağlı AÇIQLAMA: Yaxın günlərdə…

"Azərbaycanda karanetin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib...

Ziya Məmmədovun nəvəsinin bahalı “oyuncağı” neçəyə başa gəlib? - ŞOK QİYMƏT

Bu gün keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəvəsi balaca Ziya üçün xüsusi avtomobil hazırlandığı barədə məlumat yayıldı. Sabiq Nəqliyyat nazirinin adını daş...

Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ - MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib. Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir: "Azərbaycan Respublikası...