28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA

28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA
"Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox müraciətə baxıb”.

Sfera.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında komissiyanın üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib:

"Növbəti günlərdə Əfv Məsələləri Komissiyası öz fəaliyyətini davam etdirəcək. 28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil. Ümumilikdə deyə bilərəm ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5 672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb”.

"Daxil olan hər bir müraciətlə bağlı ən az 3 ay araşdırma aparılır, sənədlər toplanır. İndiyə qədər yüzlərlə müraciət daxil olub. Növbəti iclaslarda nə qədər məhkumun əfv edilə biləcəyi haqqında daha dolğun fikir söyləmək olar”, - deyə komissiyanın üzvü bildirib.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
 

OXŞAR XƏBƏRLƏR

Niyə məhz 28 aprel, niyə məhz Ukraynaya yardım göndəriləndən sonra? – Yanğın, yoxsa təxribat?

"Azərsun Sənaye Parkı”nda baş verən yanğın sosial şəbəklərin Azərbaycan seqmentində geniş müzakirə edilir. Yanğınla bağlı səslənən bir sıra iddialar isə xüsusi ...

28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA

"Aprelin 26-da keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası daxil olmuş 100-dən çox ...

Operativ Qərargah karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb. Sfera.az xəbə...

TƏBİB-dən maska qadağası ilə bağlı AÇIQLAMA: Yaxın günlərdə…

"Azərbaycanda karanetin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib...

Ziya Məmmədovun nəvəsinin bahalı “oyuncağı” neçəyə başa gəlib? - ŞOK QİYMƏT

Bu gün keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəvəsi balaca Ziya üçün xüsusi avtomobil hazırlandığı barədə məlumat yayıldı. Sabiq Nəqliyyat nazirinin adını daş...

Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ - MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib. Nazirlikdən Sfera.az-a daxil olan müraciətdə deyilir: "Azərbaycan Respublikası...