Ermənilər intensiv hücuma keçdi - MN-dən təcili AÇIQLAMA
09:25 / 18.05.2022
4982
Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.