Milli Məclisdə neçə mandat yeri boşdur? – SİYAHI

Milli Məclisdə neçə mandat yeri boşdur? –  SİYAHI
Ölkənin ali qanunverici orqanında boş qalmış yerlərin sayı seçkidən sonra da artmağa başlayıb. 

Məlum olduğu kimi 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr bunlardır:

33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov).

35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu).

74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli).

80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə). 

Sonrakı illərdə isə daha 3 deputat yeri boşalıb. Bunlarsa aşağıdakılardır:

1. 116 saylı Qəbələ seçki dairəsi. Bu dairədən seçilən deputat Fəttah Heydərov 4 avqust 2020-ci ildə vəfat edib.

2. 55 saylı Xaçmaz seçki dairəsi. Bu dairədən deputat seçilmiş Eldəniz Səlimov 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və deputat mandatından məhrum edilən Eldəniz Səlimov 3 avqust 2021-ci ildə həbs edilib.

3. 50 saylı Abşeron-Qobustan seçki dairəsi. Bu dairədən deputat seçilmiş Şahin Seyidzadə Respublika prezidentinin 3 mart 2022-ci il tarixli sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Buna görə də Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə deputat mandatına xitam verilib. 

Bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 7-ə çatıb. (Bizim.media)
 

OXŞAR XƏBƏRLƏR

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü - RƏSMİ

İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb. Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mər...

Prezidentdən vacib SƏRƏNCAM

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə Prezi...

Milli Məclisdə neçə mandat yeri boşdur? – SİYAHI

Ölkənin ali qanunverici orqanında boş qalmış yerlərin sayı seçkidən sonra da artmağa başlayıb.  Məlum olduğu kimi 2020-ci ilin fevral ayında keçirilən ...

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

 İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Sfera.az xəbər verir ki, bu barədə o, fey...

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Sərhəddə hərbçilərimizə silahlı müqavimət göstərildi, saxlanılan var - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin (DSX) "Horadiz” və "Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər mad...