Еhtiyatlı olun: satışdakı portağalda dərman var - VİDEO

Еhtiyatlı olun: satışdakı portağalda dərman var - VİDEO
 Bir müddət əvvəl bananın içindən qana bənzər mayenin çıxdığına dair xəbərlər yayıldı, görüntülər ortaya çıxdı. İndi bənzər hal portağalla da baş verib. Portağalın içindən dərman çıxdığını göstərən görüntülər insanlarda bu meyvəyə qarşı şübhə yaradır.

Sfera.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 10-a yaxın portağalı kəsir, hamısının da içindən dərmana bənzər tabletka çıxır. Meyvənin içərisindəki ağ yumru parçalar açıq aşkar görünür. Banandan sonra portağalın da içindən qeyri-təbii maddənin çıxmağı insanlarda sual yaradır.

Sosial şəbəkədə yayılmış bu görüntülər izləyənlərin təəccübünə səbəb olur. Amma nə alıcılar, nə də satıcılar daha əvvəl belə halla qarşılaşmadıqlarını deyirlər. Belə olan halda isə portağalın içindəki dərmana bənzər maddə müəmmalı qalır.

Maraqlıdır ki, görəsən portağalın içində bu həblərin nə işi var və ora necə düşüb. Məsələyə Kənd təsərrüfatı yanında Dövlət fitosanitar nəzarəti Xidmətinin rəisi Camal Quliyev də münasibət bildirdi.

Yəni meyvənin içindəki dərman olsaydı uzun müddət qaldığı üçün portağalın şirəsi onu əridərdi. Ancaq digər ehtimallara qarşı da fitosanitar nəzarəti xidməti bənzər nümunələri yoxlamaq üçün elan verib. Bu halla qarşılaşanlar xidmətin 1652 çağrı mərkəzinə və ya 012 562 87 44 nömrələri ilə əlaq saxlaya bilərlər. Ancaq xidmətə hər hansı müraciət olunmayıb.

 
| ]

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...