Dünya kuboku: Azərbaycan komandası finala yüksəldi

Dünya kuboku: Azərbaycan komandası finala yüksəldi
İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Sfera.az-a verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının "Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-dən start götürən yarışda "Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda "Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu "Badrutts Palace” ilə üz-üzə gəlib.

Oyunun əvvəlində hesabda geri qalan "Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.

Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi "Clinique La Prairie” komandası olacaq.

Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı olimpiya çempionuna ağır cəza: Olimpiya medalı əlindən alındı

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb. Sfera.az xəbər veri...

Qurban Qurbanovun tarixi jesti ilə bağlı RƏYLƏR: "Qarabağ"ın adına ancaq həqiqət yaraşır!”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etd...

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

"Əsl azərbaycanlı kimi qərar vermək istədim". Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 hes...

Dünya kuboku: Azərbaycan komandası finala yüksəldi

İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Sfera...

Rafael Ağayevin “Instagram” hesabı oğurlandı

Karate üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafael Ağayevin "Instagram” hesabı oğurlanıb. Bu barədə Rafael Ağayevin özü məlumat verib: ...

Mahir Emreli Polşadan ayrıldı - FOTO

Millimizin və Polşanın "Legiya” klubunun futbolçusu Mahir Emreli Varşavadan ayrılıb. Sfera.az xəbər verir ki, futbolçu "Legiya” fanatları tərəfindən ...