Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

Qurban Qurbanov:
"Əsl azərbaycanlı kimi qərar vermək istədim".

Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib: "Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur".

Qurbanovun sözlərinə görə, bu mövzuda çox fikir bildirmək çətindir: "Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı olimpiya çempionuna ağır cəza: Olimpiya medalı əlindən alındı

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb. Sfera.az xəbər veri...

Qurban Qurbanovun tarixi jesti ilə bağlı RƏYLƏR: "Qarabağ"ın adına ancaq həqiqət yaraşır!”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etd...

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

"Əsl azərbaycanlı kimi qərar vermək istədim". Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 hes...

Dünya kuboku: Azərbaycan komandası finala yüksəldi

İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Sfera...

Rafael Ağayevin “Instagram” hesabı oğurlandı

Karate üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafael Ağayevin "Instagram” hesabı oğurlanıb. Bu barədə Rafael Ağayevin özü məlumat verib: ...

Mahir Emreli Polşadan ayrıldı - FOTO

Millimizin və Polşanın "Legiya” klubunun futbolçusu Mahir Emreli Varşavadan ayrılıb. Sfera.az xəbər verir ki, futbolçu "Legiya” fanatları tərəfindən ...