COVİD-19-un səbəb olduğu yaddaş, təfəkkür və nitq pozğunluqları ömür boyu qala bilər? - Professordan AÇIQLAMA

COVİD-19-un səbəb olduğu yaddaş, təfəkkür və nitq pozğunluqları ömür boyu qala bilər? - Professordan AÇIQLAMA
"COVİD-19-u orta ağır, xüsusən ağır keçirərək, süni tənəffüs aparatına qoşulmuş, bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi, sağaldıqdan sonra beyinin sanki "dumanlanması", yaddaş pozğunluğu, bəzən gündəlik təmasda olduğu şəxs və məkan adlarını xatırlamaması, diqqət çatışmazlığı, düşüncə, hətta nitq pozğunluğundan əziyyət çəkirlər. Bu pozğunluqlar bəzən xəstəlikdən sağaldıqdan 6 ay sonra da meydana çıxa bilir”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O qeyd edib ki, bu hal virusun beyinə transformasiya olunaraq, lokal sahələrdə geridönməz nekrotik dəyişikliklər törədib sinir toxumasının ölümünə səbəb olması ilə əlaqələndirilir:

"Bəzi tədqiqatçılar bu pozğunluqların tam bərpa olmasına şübhə ilə yanaşırlar. Bu istiqamətdə ciddi tədqiqatların aparılmasının zərurət olduğunu və bunun üçün xüsusi qrantların ayrılmasını lazım bilirlər. Əslində söylənilənlər elmi həqiqət deyil. COVİD-19-un məlum klinik formasını keçirmiş hər 3 şəxsdən birində yaddaş, düşüncə, təfəkkür və s. kimi pozğunluqlar müşahidə edilir. Bu tamamilə normal bir haldır. Səbəbi, baş beyin qabığının minestik, koqnitiv, nitq, görmə və duyğu mərkəzləri kimi oksigenə mütləq həssaslıq göstərən strukturlarının "Sitokin Fırtınası”nın nəticəsi kimi, nisbi oksigen aclığına məruz qalmasıdır. Başqa sözlə, bu mərkəzlərin sinaptik əlaqə mexanizminin ximizmində baş berən dəyişiklikdir”.

Mütəxəssis bildirib ki, koronavirusu ən ağır keçirmiş insanlarda belə, heç vaxt geridönməz yaddaş, düşüncə, nitq və s. kimi baş beyin pozğunluğu ola bilməz:

"Bu mümkün deyil. Buna görə də, koronavirusa tutularaq "ölüm” xofu yaşayan insanlara, bunları söyləmək ən yaxşı halda nəticəsi düşünülməyən məsuliyyətsizlik və elmsizlikdir. Bəli, COVİD-19 yaddaş, düşüncə, təfəkkür, nitq və s. kimi baş beyin mənşəli pozğunluqlar törədir. Lakin bu pozğunluqlar xəstəlikdən sağaldıqdan 2 həftə sonra bərpa olunmağa başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq - orta ağır hallarda 1-3 ay, ağır formalarda 3-6 ay, ən ağır formalarda isə, 12-18 aydan sonra tamamilə bərpa olunur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Elm adamları superbakteriya ilə bağlı həyəcan təbili çaldı: Ferma heyvanlarından keçir

Elm adamları həyəcan təbili çalıb.   Sfera.az bildirir ki, tədqiqatçılar superbakteriyaların təhlükəli ştamının donuzlardan insanlara keçə biləcəyinə dai...

Elm adamları çaş-baş qaldı: Koronavirusla bağlı daha bir ilk qeydə alındı

İspaniyada 31 yaşlı tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxub.   Sfera.az bildirir ki, tədqiqatçılar bunun elmə məlum olduğu qədərilə iki infeks...

İftar yeməyindən zəhərlənmə hansı hallarda baş verə bilər? - Ekspertdən AÇIQLAMA

Ötən gün Göyçayda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə aprelin 18-də rayonun Çərəkə kəndində baş verib. Belə ki, iftar süfrəsinə toplaşan 10...

"Hətta 9 doza vaksin vurduran da xəstəliyə yoluxa bilər" - İnfeksionist səbəbini açıqladı

Zaman-zaman xüsusilə ictimai  şəxslərin koronavirus pandemiyası əleyhinə 3-4 deyil, daha artıq doza vaksin vurdurduğunun şahidi oluruq. Eynilə bəzi sadə və...

COVİD-19-un səbəb olduğu yaddaş, təfəkkür və nitq pozğunluqları ömür boyu qala bilər? - Professordan AÇIQLAMA

"COVİD-19-u orta ağır, xüsusən ağır keçirərək, süni tənəffüs aparatına qoşulmuş, bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi, sağaldıqdan sonra beyinin san...