Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR

Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR
Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur.
 
Maraqlıdır, bu yaş qrupundan aşağı insanlarda enerji içkiləri hansı problemləri yarada bilər? Ümumiyyətlə, belə bir qadağa da qoyula bilərmi ki, 22 yaşdan aşağı şəxslərə enerji içkiləri satılmasın?

Mövzu ilə bağlı Sfera.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova enerji içkilərinin fiziki inkişafı ləngitdiyini deyib. Ekspert bu içkilərin tərkibində yükək miqdarda şəkər və kofein olduğunu qeyd edib: 
 


"Enerji içkilərinin  18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Lakin bu gün bəzi satış mərkəzlərində bu qaydaya əməl olunmur. Məktəblərin yaxınlığındakı satış mərkəzlərində belə enerji içkiləri yeniyetmələrə satılmaqdadır. AQTA-nın apardığı monitorinqlərdə bəzən üzə çıxır ki, enerji içkisi adı ilə satılan qablaşdırılmalarda başqa növ içkilər təqdim edilir. Bir çox hallarda bu adla təqdim olunan içkilərdə həddən artıq şəkər və yüksək miqdarda rəngəndirici maddələrin istifadə edildiyi bəlli olur. Enerji içkilərinin tərkibində olan yüksək doza şəkər və kofein  qanda şəkərin yüksəlməsinə səbəb olur. Enerji içkisi tərkibindəki süni dadlandırıcılar, rəngləndiricilər insanın fiziki inkişafını ləngidir. İnkişafda geriləmə olduğu üçün ürək ritmi pozulur ki, bu da gələcəkdə ürək-damar xəstəliklərinə tutulma riskini artırır”. 

Ekspert 25 yaşadək şəxslərin enerji içkilərindən tamamilə uzaq olmasının vacibliyini də vurğulayıb. Müsahibimiz bu növ içkilərin hamiləliyi sonlandıracağını da diqqətə çatdırıb: 

"İnkişaf etməkdə olan orqanizm üçün təbii və sağlam qidalara, içkiyə ehtiyac var. Enerji içkilərinin tərkibindəki maddələr 10 dəqiqə içərisində qana qarışır və təzyiqi qaldırır. Beləliklə, insan 15 dəqiqə enerjili olduğu halda 15 dəqiqədən sonra dərhal yorğunluq hiss edir. Orqanizmə saat ərzində verilən enerjini 15 dəqiqə ərzində aktivləşdirməklə günlük həyati fəaliyyət funksiyaları yerinə yetirilə bilmir. Bu baxımdan enerji içkiləri nəinki 18, əsasən 25 yaşadək inkişaf edən orqanizm üçün zərərlidir. Enerji içkiləri dişdə çürümə, kariyes yarada bilir. Hamilə qadınların belə içkilərdən istifadəsi isə uşaqlarını itirmə ilə sonlana bilər”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR