“Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə çağırırıq” - DİN-dən sərt bəyanat

“Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə çağırırıq” - DİN-dən sərt bəyanat
Daxili İşlər Nazirliyi mayın 14-də bir qrup şəxsin Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı”nda keçirdiyi aksiya ilə bağlı daha bir bəyanat yayıb.

Sfera.az-ın verdiyi xəbərə görə, açıqlamada deyilir:

"Artıq xəbər verildiyi kimi, 2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib. Bu aksiyanın Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb.

Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq.

Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək”.


OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...