Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

11:26 / 19.05.2022
1978
Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb.
Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyasının üzvü kimi təqdim olunan Hüseynbəyli Ülkər Hüseyn qızının Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyüldüyü iddia edilib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə saytımıza bildirib ki, həmin məsələ ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəmində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır”.