“Borjomi”də kütləvi ixtisarlar başladı
13:56 / 05.05.2022
1950
Gürcüstanın "IDS Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib.
Sfera.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, şirkət bu gün çətin vəziyyətlə üz-üzədir.
Şirkət hazırkı vəziyyəti anlayışla qəbul edən işçilərinə təşəkkür bildirib və növbəti ixtisarların olmayacağına ümidvarlıq ifadə edib.
"Biz ilk növbədə şirkəti xilas etmək və iş yerlərini mümkün qədər saxlamaq üçün əlimizdən gələni edirik”, - şirkətin məlumatında deyilir.
Ötən gün şirkət əməkdaşları aksiya keçirərək rəhbərliyin təklif etdiyi yeni müqavilənin şərtlərinə etiraz bildiriblər.