Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu
Gürcüstanda yerli vaxtla saat 16:50-də 3,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Qeyd edək ki, ötən gün Tbilisi vaxtı ilə saat 23:35-də eyni ərazidə 5,3 maqnitudalı zəlzələ qeydə alınıb./Report

OXŞAR XƏBƏRLƏR