Boksçumuz gümüş medal qazandı

Boksçumuz gümüş medal qazandı
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final görüşlərinə start verilib.
 
Sfera.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə əvvəlcə Ruslan Qədirov (54 kq) çıxıb.
 
Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Səməd Gümüşlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.
 
Nəticədə, Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final görüşünə axşam seansında çıxacaq.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...