Bəzi şəxslərin pensiyası 50 faiz artırılacaq - VİDEO

Bəzi şəxslərin pensiyası 50 faiz artırılacaq - VİDEO
Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər olacaq.
 
Sfera.az xəbər verir ki, unu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub.
 
Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən hər hansı bir sənəd toplamağa da ehtiyac olmayacaq. Proses elektron qaydada həyata keçiriləcək.
 
Vüqar Bayramov bildirib ki, yeni mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya katpitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər.
 
Millət vəkili onu da əlavə edib ki, dəyişikliklər Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.
  
 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə birdəfəlik müavinət ödəniləcək

"Ölkəmizdə pandemiyanın təsirləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əs...

Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO

Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliy...

Azərbaycanda bu məhsullar da kəskin bahalaşdı - VİDEO

Mağazalarda kolbasa və sosislərin qiymətləri kəskin artıb. Alıcılar qiymət artımının birdən-birə bu qədər yüksək olmasından narazıdırlar. Hətta bahalaşmanın 50 ...

Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi bəyannamə təqdim etməlidirmi?

Hesabat dövründə heç bir fəaliyyəti olmayan vergiödəyicisi həmin dövr üçün bəyannaməni vaxtında təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunacaqmı? &...

Əlilliyin təyini qaydaları dəyişir - VİDEO

Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmu...

Mərkəzi Bank ehtiyatlarını hansı valyutada saxlayır?

Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının valyuta strukturunu açıqlayıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il Mərkəzi Bank avro ilə ...