Bəla başımızın üstünü alır: 70 dəfə daha sürətli! - CİDDİ XƏBƏRDARLIQ

Bəla başımızın üstünü alır: 70 dəfə daha sürətli! - CİDDİ XƏBƏRDARLIQ
Sfera.az xəbər verir ki, bu barədə Publika.az-a İnfeksionist həkim Mərdan Əliyev danışıb.

Onun sözlərinə görə, fevral ayında yoluxmalar sürətlə artacaq, yaz aylarında azalmağa doğru gedən yoluxma statistikası yayda sıfıra yaxınlaşacaq. 

" "Omikron” variantı yuxarı tənəffüs yollarında "delta”dan 70 dəfə daha sürətli çoxalır. Yaxşı tərəfi odur ki, ağciyər toxumasında 10 dəfə daha aşağı sürətlə artıb çoxalmağa meyillidir. Bu da o deməkdir ki, "omikron” pnevmoniya kimi ağırlaşmalara səbəb olmur. Bildiyimiz kimi, bu xəstəliklərin əsas ağırlaşmaları və qorxulu tərəfi ağciyər iltihablanmasıdır. "Omikron”da isə verilən məlumatlara görə, ağciyər iltihablanması daha azdır. Peyvəndin də "omikron”a daha az təsir göstərdiyi məlum olub. Hətta yoluxub sağalanların da bir neçə ay sonra "omikron”a yoluxmaq ehtimalları yüksəkdir. Lakin bir peyvənd olunmusunuzsa və ya xəstəliyi keçirib sağalmısınızsa, "omikron” da ayrı bir növ olmadığı üçün immun sistemi buna yenə də təsir göstərə bilir. "Omikron” tamamilə ayrı bir virus deyil, düzdür, burada mutasiya bir qədər dəyişiklik törədir, amma virus və xəstəlik törətmə prinsipləri eyni olduğu üçün immunitetiniz bu xəstəliyi tanıya bilir. Bu xəstəliyi bir dəfə keçirmisinizsə, ikinci dəfə yoluxanda orqanizminiz onunla yad bir virus kimi davranmır. Odur ki, ikinci dəfə bu xəstəliyi daha yüngül keçiririk. Nadir hallar var, təbii ki, bunlar istisnadır”.

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...