Bank of Baku yeni filialını - Nərimanov filialını xidmətə verdi - FOTO

10:34 / 18.05.2022
1141
Ölkənin aparıcı banklarından olan Bank of Baku, müştərilərinə daha yaxın xidmət göstərmək məqsədilə sayca 20-ci filialını – Nərimanov filialını müştərilərinin ixtiyarına verdi.
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda yerləşən filialda müştərilərə yüksək xidmət göstərilməsi üçün bütün şərait yaradılmış, filial müasir dizayn və texnoloji avadanlıqlarla təmin olunmuşdur.
"Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76H” ünvanında yerləşən Nərimanov filialı həftəiçi hər gün saat 09:00-dan saat 17:00-dək, şənbə günü isə saat 10:00-dan saat 15:00-dək müştərilərə xidmət göstərəcək.