Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi - FOTO

Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi - FOTO

Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün filial şəbəkəsinin genişləndirilməsi istiqamətində Gəncə şəhərində yeni filialını açdı. Bu, Kapital Bank-ın Gəncə şəhərində müştərilərin istifadəsinə verdiyi sayca artıq 4-cü filialıdır.

 

 

Yeni Qərb filialı, 2 saylı Gəncə ASAN xidmət mərkəzi daxilində - Gəncə şəhəri, Gəncə-Şəmkir şosesi ünvanında fəaliyyət göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

 

 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.


 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


OXŞAR XƏBƏRLƏR

Bank of Baku yeni filialını - Nərimanov filialını xidmətə verdi - FOTO

Ölkənin aparıcı banklarından olan Bank of Baku, müştərilərinə daha yaxın xidmət göstərmək məqsədilə sayca 20-ci filialını – Nərimanov filialını müştərilərinin i...

Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə görüşüb....

Azərbaycan Gürcüstanla aksiz vergisini bərabərləşdirir?

Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisi bərabərləşdirilə bilər.  Sfera.az xəbər verir ki, bu barədə məlumatı öz Tvitter səhif...

Azər Türk Bank dördüncü innovativ filialını açdı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bank "Rəqəmsal 4” filialını müştərilərinin ixtiyarına verdi. Paytaxtın ...

Kapital Bank Gəncədə 4-cü filialını istifadəyə verdi - FOTO

Kapital Bank müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bank müştərilərə göstərilən ...

TuranBank-ın Tovuz filialı artıq yeni ünvanda - FOTOLAR

Ölkənin iqtisadi və mədəni həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-...