Bakıda 37 yaşlı sahibkar qəfil vəfat etdi - FOTO
Cəmiyyət
00:30 / 06.05.2022
2703
Bakıda tikinti-interyer materialları satışı ilə məşğul olan şirkətin rəhbəri qəfil vəfat edib.
Sfera.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Nurlan Yaşaroğlu ürək tutması səbəbindən dünyasını dəyişib.
Həmçinin, həvəskar musiqiçi kimi fəaliyyət göstərən Nurlan "Yasharoghlu NN Group" MMC-nin rəhbəri idi. O, sosial şəbəkə səhifəsində ölümündən bir neçə saat əvvəl canlı ifasını paylaşıb./Qafqazinfo/