Millət vəkilinin oğlu ABŞ-da şirkət açdı – FOTO

Millət vəkilinin oğlu ABŞ-da şirkət açdı – FOTO
70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov "Masalli Enterprise LLC” adlı şirkət təsis edib.
 
Sfera.az xəbər verir ki, "Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb. 

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları "335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Qeyd edək ki, Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb. Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən "Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.

Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə "Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə "Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə "Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə "Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir./Yeniavaz/

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...

Millət vəkilinin oğlu ABŞ-da şirkət açdı – FOTO

70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov "Masalli Enterprise LLC” adlı şirkət təsis edib. ...

Bakıda 37 yaşlı sahibkar qəfil vəfat etdi - FOTO

Bakıda tikinti-interyer materialları satışı ilə məşğul olan şirkətin rəhbəri qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Nurlan...

Eynulla Fətullayev Mübariz Mənsimova səsləndi: "Lotu Quliyə dil uzadanın dilini kəsərik!"

"Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq".   Sfera.az xəbər verir ki, bunu Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev deyib. ...

Xumarı təmizlikçi qadın da xilas etmək istəyirmiş... - FOTOLAR

Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb. Sfera.az-ı...

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradıldı - Hansı vəzifələri icra edəcəklər?

Azərbaycanda informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması...