“Azərbaycanla ancaq dost olmaq lazımdır” - Viktor Yuşenko ilə müsahibə

“Azərbaycanla ancaq dost olmaq lazımdır” - Viktor Yuşenko ilə müsahibə
"Azərbaycan ruhunun gücü ilə Qarabağ problemini həll edib, artıq bu problem yoxdur, onu mövzu kimi gündəliklərdən də pozan götürüb silmək lazımdır”.

Sfera.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya Ukrayna-Azərbaycan Ticarət evində verdiyi özəl müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko səsləndirib. 

İki ölkə arasındakı əlaqələrdə Ukrayna-Azərbaycan Ticarət Evinin rolunu xüsusi vurğulayan eks-prezident ümumi ticari dövriyyənin artırılması üçün görülən işlərdən də danışıb.
 

Yuşenko "COVİD-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda olmağından, Azərbaycanı 44 günlük müharibədə qazanılan Qələbədən sonra bir daha görməyindən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Müsair dünyada Azərbaycanın öz yerini əzimkarlığı, mübarizəsi və iqtisadi resursları ilə daha da möhkəmləndirdiyini deyən, eks-prezident Ukrayna-Azərbaycan əlaqələrinə də toxunub.
 

"Azərbaycan hər kəs üçün ancaq dost ölkədir, bunu belə də dəyərləndirmək lazımdır və bu ölkənin resurslarından dost kimi də faydalanmaq gərəkdir”.


Müsahibənin davamında Viktor Yuşenko dünyada hökm sürən bir çox problemlər haqda söhbət açıb. 

Ukrayna-Azərbaycan Ticarət Evininin dəstəyi ilə eks-prezidentlə götürülmüş video müsahibəni təqdim edirik:

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanla ancaq dost olmaq lazımdır” - Viktor Yuşenko ilə müsahibə

"Azərbaycan ruhunun gücü ilə Qarabağ problemini həll edib, artıq bu problem yoxdur, onu mövzu kimi gündəliklərdən də pozan götürüb silmək lazımdır”. Sfera...

“Oğluma görə Bakıda bir il kirayədə qaldıq” - Ramin Bayramlının atası

TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə ver...

“Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar” - SİYASİ ANALİTİK

Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mö...

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə

Dünyada hələ də davam edən COVİD- 19 pandemiyası dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. İqtisadiyyata dəyən ziyan Azərbaycandan da yan keçməyib. Bu pr...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

"Şuşanı deyil, Stepanakerti təslim etmək doğru olardı" - Erməni komandir

"Turan” agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O, m...