"Şuşanı deyil, Stepanakerti təslim etmək doğru olardı" - Erməni komandir

"Turan” agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O, müharibədə ermənilərin məğlubiyyətinin əsas səbəbləri barədə maraqlı fikirlər səsləndirib.

V.Vartanov bildirib ki, 92-94-cü illər arasındakı qələbə onları arxayınlaşdırıb. "Məğlub olan Azərbaycan ordusu inkişaf etdi, öz üzərində işlədi, korrupsiyaya qarşı mübarizə apardı, islahatlar etdi, yeni qoşun növləri yaratdı, bunlara çoxlu pul xərclədi. Nəticədə, bizim çata bilmədiyimiz bir üstünlük qazandınız", - düşmənin kəşfiyyat komandiri vurğulayıb.

Vova Vartanovun sözlərinə görə, "Qarabağ ordusu"nda aviasiya olmasa da, Ermənistan ordusunda belə təyyarələr mövcud olub: "Türk ordusunun qarşıdurmada iştirak etdiyini gördük və 3-cü Türk Səhra Ordusu tərəfindən Ermənistana mümkün hücumun olacağını gözləyirdik. 102-ci Rusiya bazasının Gürcüstanla belə bir "əlverişli" münasibət olduğu vaxtda hərəkətə keçə biləcəyinə əmin deyildik, yəni Rusiya qüvvələrinin Gürcüstan ərazisindən Ermənistana keçməsini nəzərdə tuturuq. Ona görə belə bir vəziyyətdə Ermənistanın heç bir hərbi birləşməsi Qarabağa doğru irəliləmədi. Yeri gəlmişkən, baş naziri günahlandırırlar ki, səfərbərlik elan etdi, amma nizami ordunu Qarabağa göndərmədi. Oraya könüllü bölmələr göndərildi. O cümlədən, hərbi hissəyə çevrilən taburumuz tamamilə könüllülərdən yaradıldı".

Vova Vartanovun daha sonra dedikləri də olduqca maraqlıdır: "Təkcə Azərbaycan Silahlı Qüvvələrinin dağ-atıcı bölmələrinin Şuşaya daxil olması faktı bizim baş naziri o qədər qorxutdu ki, o çəkindi. Bir yarım-iki gün gözləmək lazım idi, yağışlar başlayacaqdı. Belə olan halda Hadrutdan Şuşa qruplaşması ilə rabitə və təminat əlaqəsi saxlamaq mümkün olmayacaqdı. O, özü təslim olacaqdı. Ermənistanın baş nazirində qorxu yaratmağın əsas "kozuru" - Şuşanın ələ keçirilməsi o zaman işə yaramazdı. Baş nazir daha təmkinli və ya cəsarətli olsaydı, 10 noyabrda bu biabırçı müqaviləni imzalamazdı".

Düşmənin kəşfiyyat taborunun komandiri bu məqamla bağlı müxbirin dəqiqləşdirici suallarına belə cavab verib:

- Ancaq bundan sonra Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan və Arayik Arutyunyan müharibəni dayandırmaqda israr edirdilər, çünki Xankəndi süqut edə, 25 min hərbçi mühasirəyə düşə bilərdi...

- Hər şey düzdür. Ancaq onlar Azərbaycan Silahlı Qüvvələrinin qruplaşması Şuşaya girməmişdən əvvəl bu məsələdə israr edirdilər. Hərbi baxımdan və Dağlıq Qarabağ əhalisinin gələcək həyatda qalma perspektivləri üçün Şuşanı deyil, Stepanakerti təslim etmək daha doğru olardı. Laçın, Kəlbəcər, Mardakert və Şuşa bölgəsinin bir hissəsini bu dağ ərazilərini özündə saxlayıb, geridə qoyub düzənliklərdən uzaqlaşmaq və dağlara getmək lazım idi. Bu halda Qarabağın arxasında Ermənistan dayanacaqdı. Belə olan halda Qarabağ insanpərvərlikdən deyil, şəxsi maraqlar üzündən burda olan müttəfiqimiz Rusiyadan daha az asılı olardı.

- Sizə elə gəlmir ki, Azərbaycan ordusunu düzgün dəyərləndirmirsiniz?

- Xeyr, məsələ bunda deyil. Mən ordunuzun nə qədər hazırlaşdığını əvvəllər də yaxşı bilirdim. Səfərbərlik resursu bir yana, silahlı qüvvələrinizin motivasiyasının yaxşı olduğunu çox gözəl bilirdim. Səfərbərliklə hər hansı bir uğursuzluqla, hətta taktiki uğursuzluq olsa, böyük problemləriniz olardı. Çünki söhbət itirilən əmlakı qaytarmaqdan gedirsə, mülki insanı döyüşməyə sövq etmək çox çətindir. Bunun üçün həyatını riskə atmaq çox çətindir. İnsanlar vətənləri üçün, ailələri üçün həyatlarından keçir. Ordunuz hətta alpinist bacarığı ilə dağlarda bizə hücum edə bilməzdi. Erməni əhalisi və ordu dağlarda, yüksəkliklərdə, meşələrdə özlərini qoruya, hava hücumlarından gizlənə bilərdi.

Hərbi-siyasi rəhbərliyimiz ya uzaqgörən ola bilmədi, ya da qorxaqlıq etdi. Ancaq hərbi baxımdan, Ermənistan dövlətçiliyinin və ya Azərbaycan dövlətçiliyinin tamamilə çökməsinə gətirib çıxara biləcək səviyyədə hərbi əməliyyatlar baş tutmadı, yalnız kapitulyasiya aktı oldu. Hərbi əməliyyatlar davam etsəydi, çox şey dəyişərdi.

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanla ancaq dost olmaq lazımdır” - Viktor Yuşenko ilə müsahibə

"Azərbaycan ruhunun gücü ilə Qarabağ problemini həll edib, artıq bu problem yoxdur, onu mövzu kimi gündəliklərdən də pozan götürüb silmək lazımdır”. Sfera...

“Oğluma görə Bakıda bir il kirayədə qaldıq” - Ramin Bayramlının atası

TƏBİB-in İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı Qaynarinfo-ya müsahibə ver...

“Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar” - SİYASİ ANALİTİK

Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mö...

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə

Dünyada hələ də davam edən COVİD- 19 pandemiyası dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. İqtisadiyyata dəyən ziyan Azərbaycandan da yan keçməyib. Bu pr...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

"Şuşanı deyil, Stepanakerti təslim etmək doğru olardı" - Erməni komandir

"Turan” agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O, m...