Azərbaycanın xarici dövlət borcu açıqlandı - RƏSMİ

Azərbaycanın xarici dövlət borcu açıqlandı - RƏSMİ
2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 %-ini təşkil edib.

Bu barədə Sfera.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, Azərbaqycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində yaranmış öhdəliklərdir

"Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 %-ini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 %-ini təşkil edir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb", - məlumatda deyilir

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.

2022-ci il yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 %-ini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 %-ini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi ardıb. Bu artıma təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.

OXŞAR XƏBƏRLƏR

Bir dolları baha satmağa çalışanlar həbs edilə bilər - XƏBƏRDARLIQ

"Bəzi insanlar yayılan yalan - guya ki, Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əskinazları bitkoinlə dəyişəcəyi haqqında məlumatlara aldanar...

Yeni sədr Mərkəzi Bankın İdarə Heyətini tam dəyişəcək – Əkrəm Həsənov

"Azərbaycan Mərkəzi Bankının 4 idarə heyəti üzvündən 3 üzvünün səlahiyyət müddəti martın 7-də bitib. Onları növbətə müddətə İdarə Heyətinin üzvü təyin etmədilər...

Dollar bu tarixdən bahalaşacaq - VAXT AÇIQLANDI

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıracaq. Sfera.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat y...

Azərbaycanın xarici dövlət borcu açıqlandı - RƏSMİ

2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları və ya 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM...

Azərbaycanda UNUN qiyməti ilə bağlı YENİ QƏRAR VERİLDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını...

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31...