Azərbaycanın doqquz idmançısı Türkiyədəki yarışa buraxılmadı

Azərbaycanın doqquz idmançısı Türkiyədəki yarışa buraxılmadı
Bu gün Türkiyənin Antalya şəhərində "2022 IBSA Judo Grand Prix” yarışı öncəsi beynəlxalq həkimlər tərəfindən paracüdo idmançılarının göz tibbi təsnifatı keçirilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata əsasən, kişi cüdoçularımızdan İsmayıl Muradov (-60 kq), Namiq Abaslı (-73 kq), Anar İsmayılzadə(-73 kq) və Saleh Sultanov (-90 kq), qadın cüdoçularımızdan isə Aysel İmamverdiyeva (-70 kq) və Xatirə İsmiyeva (+70 kq) tibbi təsnifatdan keçərək 23-25 aprel tarixlərində baş tutucaq Qran-Pridə öz güclərini sınayacaqlar.

İdmançılarımız Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın tibbi təsnifatı tam bitmədiyi üçün növbəti yarışlarda onlar üçün yenidən təsnifat olacaq.

Digər idmançılarımız Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər tərəfindən əlavə sənədlər istənilib.
Beləliklə Antalya Qran-Prisində Namiq Abaslı, İsmayıl Muradov, Anar İsmayılzadə, Saleh Sultanov, Aysel İmamverdiyeva və Xatirə İsmiyeva (+70 kq iştirak edəcəklər. Digər idmançılar isə növbəti yarışlarda yenidən müayinədən keçəcəklər.

Aprelin 23-ü İsmayıl Muradov (-60 kq), Namiq Abaslı(-73 kq) və Anar İsmayılzadə (-73 kq), aprelin 24-ü isə Saleh Sultanov (-90 kq), Aysel İmamverdiyeva (-70 kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına gədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...