Azərbaycanda maska cərimələri ləğv edilir? - AÇIQLAMA

Azərbaycanda maska cərimələri ləğv edilir? - AÇIQLAMA
Maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqda davam edir. Kimisi  məsələ ilə bağlı məhkəməyə müraciət etməyi təklif edir, kimisi Nazirlər Kabinetinin qərar verməli olduğunu, kimisi də Milli Məclisin bu məsələni həll etməli olduğunu deyir. Sadəcə "cəriməni ödəməyin” deyənlər də var.
 
Bəs qanun nə deyir?

Sfera.az-ın məlumatına görə, bununla bağlı hüquqşünas Ərşad Hüseynov deyib ki, maskadan istifadənin məcburiliyinin ləğvi, maskaya görə cərimə barədə qanuni qüvvəyə minmiş qərarın avtomatik ləğvi demək deyil və həmin cərimələr qüvvədədir:

"Ona görə də "maska cəriməsini ödəməyin” kimi çağırışların hüquqi əsası hələ ki yoxdur. Bu cərimələrin məhkəmə qaydasında ləğvi perspektivi də aydın deyil, hətta deyərdim ki, indiki şəraitdə qeyri-mümkündür. Çünki İnzibati Xətalar Məcəlləsinin (İXM) 145-ci maddəsi cərimə tətbiqi barədə qanuni qüvvəyə minmiş qərarın belə bir əsasla ləğvini nəzərdə tutmur. Həmin maddə "İXM-in inzibati məsuliyyət müəyyən edən müvafiq müddəalarının qüvvədən düşmüş hesab edildiyi” halda qüvvəyə minən cərimənin ləğvini nəzərdə tutur. Bu isə maskanın məcburiliyinə dair Nazirlər Kabinetinin qərarının deyil, İXM-in msakaya görə cərimə müəyyən edən 211.2-ci və 211.3-cü maddələrinin ləğvini  ehtiva edir.

Qüvvəyə minmiş qərarın icrasına xitam verilməsinin İXM-in 145-ci maddəsində göstərilən başqa bir əsası isə həmin qanunun 38-ci və 39-cu maddələrində göstərilən əsasları ehtiva edir ki, bunun da İXM-in 211-ci maddəsinə aidiyyəti yoxdur. Həm də İXM-in 145.1-ci maddəsinə əsasən, qüvvəyə minmiş qərarın icrasına xitam verilməsi üzrə işə həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) baxmalıdır”.

Hüquqşünas qeyd edib ki, maskaya görə cərimələrin polis tərəfindən tətbiqini nəzərə alsaq, belə müraciətlər məhkəməyə deyil, polis orqanlarına edilə bilər:

"Maskaya görə cərimələrin hökumət tərəfindən ləğvi isə mümkün deyil, çünki hökumətin belə bir səlahiyyəti mövcud deyil.  Yerdə qalır yalnız amnistiya. Maraqlıdır ki, bizim İXM-də amnistiya qaydasında inzibati məsuliyyətdən və ya inzibati tənbehdən azad edilmə yoxdur. Lakin Konstitusiya dolayısilə buna yol verir, çünki əsas qanunda məsuliyyət növü fərqləndirilmədən Milli Məclisin amnistiya vermək səlahiyyəti təsbit olunur (95-ci maddədə). Müstəqillik tariximizdə cinayət məsuliyyəti ilə bağlı dəfələrlə amnistiya olub. Amma inzibati məsuliyyətlə bağlı amnistiya, hələ ki, olmayıb. Belə bir amnistiyanı MM verə bilər, çünki maskaya görə cərimənin ləğvi çağırışını edənlər arsında xeyli MM deputatı var.

Digər tərəfdən, bu məsələyə təkcə maska cəriməsinin ləğvi kimi yanaşmaq düz olmaz. Məlumdur ki, karantin qaydalarının pozulmasına görə çoxlu sayda sahibkarların, ticarət və iaşə obyektlərinin, müxtəlif təşkilatların da cərimələnməsi olub. Bəzi vətəndaşların Cinayət Məcəlləsinin 139-1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi halları da var. Amnistiya təkcə masakaya görə cəriməni yox, bütün bu məsələlərin hamısını, yəni pandemiyaya görə tətbiq edilən inzibati cərimələri və cinayət məsuliyyətinə cəlb edilənlərin icra edilməmiş cəzalarını əhatə etməlidir”.

Ekspert əlavə edib ki, ayrıca bir məsələ isə artıq ödənilmiş cərimələrin geri qaytarılmasıdır:

"Nəzərə alaq ki, icra edilmiş qərarla bağlı amnistiya olmur. Ona görə də ödənilən cərimənin qaytarılması yalnız MM-in qəbul edəcəyi xüsusi qanunla mümkün ola bilər. Lakin belə qanunun qəbulu inandırıcı deyil.İnsanlarımızı düşündürən digər söhbət isə belə amnistiyanın ədalətliliyidir. Çünki minlərlə insan qanuna hörmət edərək maskaya görə xeyli cəriməni vaxtında ödəyib. İndiyədək ödməyənlərin cəriməsinin ləğvi, şübhəsiz ki, onların xoşuna gəlməyəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Marketlərdə siqaret "qıtlığı" yarandı - SƏBƏBİ nədir?

Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.   Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.   Araşdırma nəticəsin...

Azərbaycanda pensiya yaşı azaldılacaq? - “Bu ildən etibarən…”

"65 yaşda pensiyaya çıxan insana pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il ...

Azərbaycanda maska cərimələri ləğv edilir? - AÇIQLAMA

Maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqda davam edir. Kimisi&n...

Azərbaycan quru sərhədlərini açacaq - İyunun 22-si...

"İstər pandemiyanın davam etdiyi dövrdə, istərsə də indi, qəbul olunan hər bir qərarın fəsadsız olması, onun nə dərəcədə elmi məntiqə istinad etməsindən asılıdı...

Dövriyyədə olan 500 manatlıqların sayı artır: Xatirə banknotu müntəzəm işlənən pul nişanına çevrilir

2021-ci ildə tədavülə buraxılan 500 manat nominallı xatirə pul nişanına daha tez-tez rast gəlinir. Xüsusilə iri məbləğli hesablaşmalarda banklar 500 manatlıq no...

Rusiyada işləyənlər Azərbaycanda pensiya ala biləcək – Yeni müqavilənin üstünlükləri açıqlandı

"Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan ...