Azərbaycan niyə 12 illik təhsil sisteminə keçməlidir? – Ekspert izah edir

Azərbaycan niyə 12 illik təhsil sisteminə keçməlidir? – Ekspert izah edir
"Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil müddətinin uzadılması ilə bağlı son günlər müzakirə obyektinə çevrilən məsələyə münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, 12 illik təhsilə keçid uşaqların tədris, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək:

"Orta məktəbə baxsaq görərik ki,  hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından nəzərdə tutulan nəticəni görə bilmədik. 12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir. 11 illik təhsil sistemi isə daha çox postsovet məkanında qalıb. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır. Bu sistemə keçmək üçün hələ çox gecikmişik”.

Müsahibimiz bildirib ki, burada ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddətin tələb olunmasıdır:

"Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2, 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Martda məktəblər yenidən distant təhsilə keçəcək? - AÇIQLAMA

Son günlər koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksi...

Fazil Mustafadan Təhsil Nazirliyinə ETİRAZ: "Müəllimə verilən töhmət ləğv olunmalıdır"

"Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqs...

Məktəbdən yayılan görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ

Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərs...

"Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi" - Nazir

"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi". Sfera.az xəbər v...

Azərbaycan niyə 12 illik təhsil sisteminə keçməlidir? – Ekspert izah edir

"Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir”...

Məktəbdə şagirdlərin iştirakı ilə çəkilən bu klip narazılıq yaratdı - VİDEO

Azərbaycanda məktəblərdən birində şagirdlərin iştirakı ilə 12 imama həsr olunan klip çəkilib. Sfera.az xəbər verir ki, ilahiyyatçı-mərsiyəxan Seyid Peyman...