"Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi" - Nazir

"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".

Sfera.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".

Nazir bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir".

OXŞAR XƏBƏRLƏR

"Mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi" - Nazir

"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi". Sfera.az xəbər v...

"12 yaşdan yuxarı uşaqlar vaksinasiya olunsun" - Təhsil və Səhiyyə nazirlikləri valideynlərə çağırış etdi

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris ...

“Ali təhsil müddəti iki və ya üç il olsun...” – Ekspert qanuna dəyişikliklər təklif etdi

"Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur, onlara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması ki...

Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə yenidən aktivləşib – "Valideynlər, abituriyentlər bilməlidir ki..."

"Pandemiya səbəbindən xaricdə təhsillə bağlı ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımılar atmağa başlayıblar”. Bunu Sfe...

Təhsil nazirliyinin oduna ehtiyacı var - TENDERLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub. Sfera.az xəbər verir k...

Nazirdən məktəblərdə tədrisin dayandırılması barədə yeni AÇIQLAMA

"Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə ...