Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəldi

Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəldi

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, M.Durunda təsnifatda 18.500 bal toplayaraq 5-ci yeri tutub ki, bu da onun finala yüksəlməsini təmin edib.

Beləliklə, təmsilçimiz sabah iki finalda - topla və lentlə hərəkətlər üzrə finallarda çıxış edəcək. Gürzlərlə çıxışların nəticəsinə görə M.Durunda 17.000 balla 13-cü yeri tutub.

Digər azərbaycanlı gimnast Jalə Piriyeva isə lentlə hərəkətlərdə 17.350, gürzlərlə hərəkətlərdə isə 16.750 bal toplayaraq müvafiq olaraq 14 və 18-ci yerlərdə qərarlaşıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Altay Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür. Görkəmli dövlət xadiminin 61 yaşı tamam olur.  Altay Həs...

Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks" gecəsi - FOTOLAR

Bakıda Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən "Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub.   ...

Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA

Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti maçını keçirən millimiz 0 - 3 hesabı ilə Portuqaliyaya uduzub. Millimizin növbəti dəfə rəqibi ...

Prezident Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edi...

Prezident və xanımı Raman Salehi təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020”-də üçüncü qızıl medalını qazanan Raman Salehi təbrik edib. Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitt...

Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçi...