Azərbaycan çempionu müəyyənləşdi

Azərbaycan çempionu müəyyənləşdi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının çempionu müəyyənləşib.

Sfera.az  xəbər verir ki, çempionatın qızıl medalını "Abşeron” qazanıb.

Eldar Yusubovun yetirmələri bu titulu Super Liqanın III dövrəsinin son – təxirə salınmış VIII turunda təmin edib. Günün ilk matçında "Azərreyl”ı sınağa çəkən abşeronlular bu qarşılaşmada da qələbə qazanıblar – 3:0 (25:16, 25:21, 25:16).

İlk 8 oyunda da xal itirməyən Yusubovun komandası ən yaxın izləyicisi üzərindəki bu qələbədən sonra hesabını 27 xala çatdırıb. "Azərreyl”dən 13 xal uzaqlaşan "Abşeron” rəqibləri üçün əlçatmaz olub.

Mövsümün sonuncu – IV dövrənin üç turunu çempionluq baxımından formallığa çevirən Bakı təmsilçisi tarixində ilk dəfə qızıl medallara yiyələnib. "Abşeron” bu titula sahib çıxan 3-cü komandadır. Bunadək yalnız "Rabitə” və "Azərreyl” çempion adını əldə edib. 

Qeyd edək ki, gümüş və bürünc mükafatçının adına son dövrədə aydınlıq gələcək.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...