Azərbaycan çempionatında biabırçılıq - Futbolçular hakimi döydü+Video
İdman
19:32 / 24.04.2022
1901
Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən "Cəbrayıl” - "Energetik” matçında dava düşüb.
Belə ki, 0:0 hesabı ilə davam edən qarşpılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.
Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb, oyun davam etməyib.
Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.