“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə QAÇDI

“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə QAÇDI
AST Şirkətlər Qrupunun sahibi, Azərbaycan əsilli Rusiya milyarderi Telman İsmayılov sığınacaq aldığı Monteneqrodan Fransaya köçüb. 

Sfera.az-ın məlumatına görə, o, ötən şənbə gün paytaxt Podqoritsa şəhərini tərk edib.

Xatırladaq ki, İsmaylıov neçə vaxtdır bu ölkədə məskunlaşmışdı. Rusiya onun barəsində İnterpol xəttiylə axtarış versə də, Montenqro onu təhvil verməkdən boyun qaçırmışdı. 

Telman İsmayılovun Monteneqro prezidenti Milo Cukanoviçlə yaxşı münasibətləri olub.  Milo Cukanoviç onun Türkiyədə tikdirdiyi dəbdəbəli "Mardan Palace” mehmanxanasında qonaq da olub.

Telman İsmayılovun isə hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşdığı bildirilir.

Antibada Telman İsmayılova məxsus böyük bir villa var. İsmayılovun hazırda yerləşdiyi sözügedən villanın dəyəri 25 milyon avrodan çoxdur.

Onu da qeyd edək ki, İsmayılovun villası Almaniyanın "Deuche bank”nın girovluğundadır. (Gundem.az)
 

OXŞAR XƏBƏRLƏR

Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı

Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc ər-arvad Alla və Vitali Taranovlar "Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüb.   Sfera.az Uk...

“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə QAÇDI

AST Şirkətlər Qrupunun sahibi, Azərbaycan əsilli Rusiya milyarderi Telman İsmayılov sığınacaq aldığı Monteneqrodan Fransaya köçüb.  Sfera.az-ın məlum...

Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında

Ukraynada uğur qazanmamağının səbəbini məyus edici kəşfiyyat əməliyyatlarında görən Rusiya prezidenti Vladimir Putin qəfil qərar verib.   Sfera.az bildir...

Baydenin xanımı Ukraynaya gizli səfər edib - Yelena Zelenski ilə görüşüb və...

ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya səfər edib. Bu barədə Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir. Zakarpatye vi...

Rusiya bu bölgələri ilhaq edəcək - Tarix açıqlandı

Rusiyanın mayın ortalarında 3 bölgəni ilhaq cəhdi edəcəyi gözlənilir.   Sfera.az bildirir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşki...

Ukraynanın müharibədəki GİZLİ SİLAHI: Rusiyanın növbəti hədəfi odur

Güclü Rusiya ordusuna meydan oxuyan Ukraynanın uğurunun arxasında duran daha bir detal açıqlanıb.   Sfera.az bildirir ki, mütəxəssislərin sözlərinə görə,...