Ukraynanın müharibədəki GİZLİ SİLAHI: Rusiyanın növbəti hədəfi odur

Ukraynanın müharibədəki GİZLİ SİLAHI: Rusiyanın növbəti hədəfi odur
Güclü Rusiya ordusuna meydan oxuyan Ukraynanın uğurunun arxasında duran daha bir detal açıqlanıb.
 
Sfera.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, Ukrayna xalqının təəccüblü müqaviməti və Qərbin verdiyi ağır silahlarla yanaşı, Kiyevin o qədər də nəzərə çarpmayan daha bir üstünlüyü var -  Ukrayna Dəmir Yolları. Bu ölkə 20 min km xətləri ilə dünyanın ən böyük dəmir yolu şəbəkələrindən birinə malikdir, 260 mindən çox işçisi var. 

Ekspertlər qeyd ediblər ki, dəmir yolları müharibə başlamazdan əvvəl Ukraynanın kənd təsərrüfatı və mədən sənayesində kiçik rol oynasa da,  Rusiyanın Qara dənizdəki blokadasına görə sanki baltaya çevrilib. Şəhərlər və qəsəbələr dağıntılar altında qaldıqdan və minlərlə insan həlak olduqdan sonra belə, qatarlar hələ də hərəkətdədir. Minlərlə mülki şəxsin təhlükəsiz sığınacaqlara qaçmasına kömək edən qatarlar dünya liderlərini də özü ilə daşıyır. ABŞ dövlət katibi Antoni Blinken, müdafiə naziri Lloyd Ostin və digər Qərb rəsmiləri Polşadan qatarlarla Kiyevə səfər ediblər.

Mütəxəssislər bildirirlər ki, sözügedən dəmir yolları Rusiya qüvvələrinin Ukraynaya nəzarəti niyə asanlıqla ələ keçirə bilmədiklərini izah edir. Onların iddiasına görə, Rusiyanın işğalın ilkin mərhələlərində dəmir yollarından tam istifadə edə bilməməsi logistik problemlərə, rus yük maşınlarının palçığa ilişib qalmasına səbəb olub. 

Londonda yerləşən "Royal United Services” İnstitutunun Rusiya üzrə eksperti Emili Ferris, "Dəmir yolları Rusiya quru qoşunlarının hərəkətinə təsir etdiyinə görə münaqişədə çox mühüm rol oynayıb. Rusiya qoşunlarının şimalda yaşadığı bütün problemlər onların logistik mərkəzlərə nəzarət edə bilməməsi ilə bağlıdır", - deyə bildirib.

Bəs niyə Rusiya onun işini asanlaşdıracaq bu üstünlüyü ələ keçirə bilməyib?

Ukrayna Dəmir Yollarının baş direktoru Oleksandr Pertsovski Rusiya qüvvələrinin Ukraynada dəmir yolu infrastrukturunu hədəf almadıqlarını bəyan edib. Etibarlı təchizat xətlərinə nəzarəti ələ keçirə bilməyən Rusiya indi əvəzində onu mərhələli şəkildə dayandırmaq niyyətindədir. Rusiya qoşunları ötən həftə ölkənin mərkəzi və qərb bölgələrində 5 qatar stansiyasını hədəfə alıb. Qeyd olunub ki, hazırda Rusiya üçün dəmiryol xəttini dağıtmaq daha vacibdir. Çünki Qərb müttəfiqləri Kiyevə yardımlarını daha çox quru və dəmir yolu ilə göndərirlər. 

Hərbi analitiklər iddia edirlər ki, Rusiya qatar xəttinə hücum etməklə ukraynalıların mülki nəqliyyat infrastrukturuna inamını itirməsini istəyib. Ancaq bunu etmək Rusiyanın düşündüyü qədər asan deyil. Çünki qurulan sistem kifayət qədər güclüdür. Dəmir Yollarının baş direktoru Pertsovski indiyədək hücuma məruz qalan hər bir xəttin dərhal təmir olunduğunu söyləyib.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı

Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc ər-arvad Alla və Vitali Taranovlar "Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüb.   Sfera.az Uk...

Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında

Ukraynada uğur qazanmamağının səbəbini məyus edici kəşfiyyat əməliyyatlarında görən Rusiya prezidenti Vladimir Putin qəfil qərar verib.   Sfera.az bildir...

Rusiya bu bölgələri ilhaq edəcək - Tarix açıqlandı

Rusiyanın mayın ortalarında 3 bölgəni ilhaq cəhdi edəcəyi gözlənilir.   Sfera.az bildirir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşki...

Ukraynanın müharibədəki GİZLİ SİLAHI: Rusiyanın növbəti hədəfi odur

Güclü Rusiya ordusuna meydan oxuyan Ukraynanın uğurunun arxasında duran daha bir detal açıqlanıb.   Sfera.az bildirir ki, mütəxəssislərin sözlərinə görə,...

"Əlimizdə heç kimin cavab verə bilməyəcəyi silahlar var, lazım gəlsə..." - Putin HƏDƏLƏDİ

Rusiya prezidenti Vladimir Putindən hədələyici bəyanatlar gəlib.   Sfera.az bildirir ki, o, Ukrayna müharibəsinə kənardan müdaxilə etməyə çalışan ölkələr...

Müharibənin 3-cü fazası başlayır: "Ukrayna əks-hücuma keçib Xersonu azad edəcək, sonra isə..."

"Ukrayna komandanlığı Rusiyanın 2-ci faza hücumlarını dəf edərək düşməni mümkün qədər çox itkiyə məruz qoyduqdan sonra böyük ehtimalla genişmiqyaslı əks-hücum ə...