Artıq ödənilmiş dövlət rüsumu 20 günə geri qaytarılacaq

Artıq ödənilmiş dövlət rüsumu 20 günə geri qaytarılacaq
Rüsumlarla bağlı dəyişikliklər üzrə uyğunlaşdırmalar aparılıb.
 
Nazirlər Kabinetindən Sfera.az-a verilən xəbərə görə, "Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.
 
"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcək.
 
Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət rüsumu müəyyən edilib.
 
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.
 
Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə alınması dəqiqləşdirilib.
 
Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə endirilib.

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə birdəfəlik müavinət ödəniləcək

"Ölkəmizdə pandemiyanın təsirləri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əs...

Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO

Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliy...

Azərbaycanda bu məhsullar da kəskin bahalaşdı - VİDEO

Mağazalarda kolbasa və sosislərin qiymətləri kəskin artıb. Alıcılar qiymət artımının birdən-birə bu qədər yüksək olmasından narazıdırlar. Hətta bahalaşmanın 50 ...

Sahibkarlıq fəaliyyəti olmayan vergiödəyicisi bəyannamə təqdim etməlidirmi?

Hesabat dövründə heç bir fəaliyyəti olmayan vergiödəyicisi həmin dövr üçün bəyannaməni vaxtında təqdim etmədikdə ona maliyyə sanksiyası tətbiq olunacaqmı? &...

Əlilliyin təyini qaydaları dəyişir - VİDEO

Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmu...

Mərkəzi Bank ehtiyatlarını hansı valyutada saxlayır?

Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının valyuta strukturunu açıqlayıb.  Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il Mərkəzi Bank avro ilə ...