“Çarpayının altından çıxıb arvadımı öldürdüm, sonra xaş yeməyə getdim”

“Çarpayının altından çıxıb arvadımı öldürdüm, sonra xaş yeməyə getdim”
Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Aqil Mustafayevə hökm oxunub.

Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyulunda baş verib. O, qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

Məhkəmə istintaqında məlum olub ki, Aqil Mustafayev arvadı Nərgiz Mustafayevanın işdən gec qayıtdığını düşünərək ona zəng edib. Telefona zəng çatmadığı üçün əsəbiləşib. Bir qədər sonra arvadı ona geri zəng edərək Tərtərdə xınayaxdı mərasimində aparıcılıq etdiyini, müdirinin onun telefonu ilə danışdığını deyib. Gecə saat 1 radələrində Nərgiz evə gəlib. Aqil arvadının ona xəyanət etməsini ehtimal edib və çarpayının altında gizlənərək onun telefonla danışığını dinləyib. O, Nərgizin sakit səslə başqa şəxslə danışdığını gördüyünü deyib. Sonra cinayəti törətmək qərarına gəlib. A.Mustafayev çarpayının altından qəfil çıxaraq həyat yoldaşının müqavimətini qırdıqdan sonra onu boğaraq öldürüb.

Məhkəmədə dindirilən A.Mustafayev deyib ki, əvvəllər xanımı ilə münasibətləri normal olub: "Nərgiz xınayaxdı şənliklərində aparıcılıq edirdi. Normalda işdən 9-10 radələrində gələrdi. Son 2 ayda evə gec gəlməyə başladı, gecə 12-1 radələrində gəlirdi. Kiminləsə telefonla danışdığını görmüşdüm deyə içimdə şübhə yaranmışdı. Nərgiz mənə iş yoldaşları ilə danışdığını deyirdi. Daha sonra boşanmaq üçün məhkəməyə ərizə verdiyini dedi. Sonuncu dəfə mənə yalan danışdığını hiss etmişdim. Hadisə günü evə gecə saat 2-də gəldi. Bir maşın Nərgizi düşürüb getdi. Çarpayının altında gizlənib onun danışığına qulaq asdım. "Kirayə tutub, gedib başqa yerdə qalarıq” dediyini eşitdim. Çarpayının altından çıxıb Nərgizi boğdum. Sonra kafeyə gedib xaş yedim. Daha sonra taksiyə minib polis şöbəsinə getdim. Belimdən kəməri çıxarıb növbətçi polisə təqdim edərək arvadımı öldürdüyümü dedim”.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Ərinin sevgilisinin rəfiqəsi Aytacı niyə öldürüb? – QANDONDURAN DETALLAR

Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildiril...

Manaf Ağayev 15 sutka həbs olundu

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar. ...

Azərbaycanlı iş adamı dövlətə xəyanət ittihamı ilə həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edilib.  Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur. ...

Əflatun Amaşovun qohumu həbs olundu – Əli Həsənovun oğlu ilə hansı əlaqəsi olub?

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.  Sfera.az xəbər verir...

Azərbaycanda şadlıq evinin sahibi HƏBS EDİLDİ

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozuldu...

4 yaşlı Məryəm ağladığı üçün öldürülübmüş - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. 2018-ci il təvəllüd...