Arıqlamaq istəyərkən sağlamlığından olanlar - Dietoloqların hansı təkliflərinə "yox" deməlisiniz?

Arıqlamaq istəyərkən sağlamlığından olanlar - Dietoloqların hansı təkliflərinə
"Bəzən dieta adı altında insanlara süni qidalar da təklif edirlər”.
 
Bunu Sfera.az-a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib. O bildirib ki, sözügedən məhsulları istehsal edən firmalardan pul alıb onları insanlara təqdim edən dırnaqarası dietoloqlar da var:

"Bu isə insan orqanizmi üçün çox ziyanlıdır. Məsələn, arıqlamaq üçün olan çaylar buna nümunədir. İnsan orqanizmi  müxtəlif olur və bu sözügedən çaylar hamıya uyğun olmaya bilər. Ona görə də fikrimcə, vətəndaşlar süni, kimyəvi, arıqlama çaylarından uzaq durmalıdırlar. Digər tərəfdən, bəzi hallarda "ət yeməyin”, "ət qocaldır” kimi fikirlər də mövcuddur. Əslində ət, balıq, toyuq insan orqanizmi üçün vacib hesab edilən zülallardır. Qida rasionuna  - həftədə bir dəfə toyuq əti, bir dəfə balıq əti və ya qırmızı ət məhsullarını əlavə etmək lazımdır. Qan hüceyrələrinə faydalı olan qırmızı ət məhsulunu istehlak etməliyik, çünki orda mioqlabin var və o da əzələlərdə oksigeni təmin edən piqmentdir. Eyni zamanda B12 vitanimi mövcuddur ki, bu da qan hüceyrələrinin əmələ gəlməsində yardımçı olur. Balıqda da bildiyiniz kimi, D vitamini, Omeqa 3 (bu da əvəzolunmaz yağ turşusudur) var. Nədənsə bəzən insanları ətdən uzaqlaşdırmağa çalışırlar, sanki vegetarianlaşdırırlar”.

Müsahibimiz bildirib ki, dieta saxlayanların qəbul etdikləri içkilər də təbii olmalıdır:

"Bunlar mövsümi meyvələrdən hazırlanmış kompotlar ola bilər, nəinki, rəngli, qazlı içkilər. Arıqlamaq, kökəlmək deyilən bir şey yoxdur, sağlam çəki var və bu çəkini təmin etmək üçün nə arıq, nə kök olmaq lazımdır.  Fikrimcə, insanlar torpaqdan çıxan məhsulları istehlak etməlidirlər, amma balanslı şəkildə. İnsanlar özlərinin dietoloqu olmalıdırlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...