Arıqlamağa mane olan üç böyük səhv açıqlanıb

Arıqlamağa mane olan üç böyük səhv açıqlanıb
Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur.
Sfera.az-ın məlumatına görə, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib.

Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir.
"Arıqlamaq üçün gündə ən azı səkkiz stəkan təmiz su içmək lazımdır. Su orqanizmdən zərərli maddələri və tullantıları çıxarır, iştahı azaldır. Təmiz suyu başqa yüksək kalorili içkilərlə əvəz etməyin", - deyə mütəxəssis bildirib.

O, ikinci böyük səhvin yağ qəbulu ilə bağlı olduğunu deyib.

"Arıqlamaq istəyən qızlar yüksək kalorili olduğuna görə yağ istehlakından çəkinirlər. Amma kifayət qədər yağ olmadıqda, yağda həll olunan vitaminlər mənimsənilmir. Bu, böyük sağlamlıq problemlərinə gətirib çıxarır. Yağların deyil, karbohidratların miqdarını azaltmaq daha vacibdir".

Arıqlamaq istəyənlər üçün üçüncü böyük səhv kimi isə nutrisioloq rasionda zülalın olmamasını göstərdi. "Zülal əzələ kütləsinin saxlanmasında və bədən yağının yandırılmasında əsas rol oynayır. Hər yeməkdə zülallı qidaları daxil edin. Onlar boşqabın ən azı 1/4 hissəsi olmalıdır. Qidalanma mövzusunu hələ başa düşməyənlər üçün tövsiyəm: axşam yeməyi ilə arıqlamağa başlayın. Səhər yeməyi bol olmalıdır, o zaman gün ərzində zərərli yeməklər istəməyəcəksiniz. Arıqlamaq üçün ideal şam yeməyi isə belədir: zülal+lif", - deyə Drobışev sözlərini yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...