Ağadadaş Ağayev: Türkiyədəki evimi satıb, pulunu yeyiblər

Ağadadaş Ağayev: Türkiyədəki evimi satıb, pulunu yeyiblər
Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə "Günün sədası” proqramına qonaq olub.

Sfera.az xəbər verir ki, veriliş zamanı A.Ağayev səhhətilə bağlı yaşadığı problemlərdən danışıb.

"Xalqımızı çox sevirdim. Amma başıma gələnlərdən sonra onların mənə necə dəstək olduqlarını görüb daha çox sevməyə başladım.

Artıq musiqi fəaliyyətimdə aktiv olacam. Çünki bu yaşama şansı Allah mənə verdi. Xəstəliyimi bilən kimi özümü Allaha tapşırdım. Çünki Allah mənə 65 il şans verib, çox yaxşı yaşamışam. Millətimin, xalqımın qarşısında dürüst olmuşam. İnsan xəstəliyə qalib gəldikdən sonra dünyaya fərqli yanaşır. 4 dəfə əməliyyata girdim. Başa düşdüm ki, insan qədər Allahın sevdiyi ikinci varlıq yoxdur. Həyatımda ilk dəfə ölkəmdən uzaq düşdüm. Ayrı qaldım. İnsanlar mənə zəng edirdi, orqanlarını bağışlamaq istədiklərini bildirirdilər”, - xalq artisti deyib.

A.Ağayev Türkiyəyə səfərləri zamanı orada öz evində qaldığını bildirib. Proqram zamanı sənətçi həmin evin başqa insan tərəfindən satıldığını söyləyib:

"Həmin evimi satıblar, pulunu isə yeyiblər. Halal xoşları olsun. İndi başqa, yeni və kiçik evimiz var. Hava limanına yaxın ərazidə yerləşir”.

 

 

OXŞAR XƏBƏRLƏR

Rəşad Dağlının üzr videosu yayıldı - VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlı sosial şəbəkə hesabında üzr videosu paylaşıb. Sfera.az xəbər verir ki, Rəşad Dağlı Masallı toylarının birində dediyi meyxanan...

Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - VİDEO

Xalq artisti Naibə Allahverdiyeva boşandığı həyat yoldaşı ilə barışıb. Hadisə "Bizimləsən" proqramında baş verib. Belə ki, aktrisa verilişdə olan zaman hə...

Ağadadaş Ağayev: Türkiyədəki evimi satıb, pulunu yeyiblər

Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə "Günün sədası” proqramına qonaq olub. Sfera.az xəbər verir ki, veriliş zamanı A.Ağayev ...

“Başqasının ərini evə salmısan, atan falçılıqla məşğuldur, oğlun...“

Müğənni Afət Fərmanqızı həmkarı Nazəninlə qalmaqal yaşayıb.   Sferaz.az xəbər verir ki, Nazənini xaricdə yaşayan azərbaycanlılara onu söydürməkdə ittiham...

Şoubiznes nümayəndələri Şuşaya getdilər - FOTOLAR

Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.       Sfera.az xəbər verir ki, onlar Xalq artistləri ...

“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev

"İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, "Bila...