Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - VİDEO

Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - VİDEO
Xalq artisti Naibə Allahverdiyeva boşandığı həyat yoldaşı ilə barışıb.

Hadisə "Bizimləsən" proqramında baş verib. Belə ki, aktrisa verilişdə olan zaman həyat yoldaşı Yusif telefonla efirə bağlanıb. Aparıcı Zaur Baxşəliyev onları barışdırmağa çalışıb.

"Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım bağışla məni, səhv etmişəm. Ona qarşı səhvlər etdim" deyə, Yusif bildirib.

"Onunla ilk görüşəndə onun özünü ağır aparmasını bəyəndim. Restoran işlədirdi, xınayaxdıda tanış olduq. Onun restoranı var idi. Paltar dəyişəndə otaq axtardım, müdirin otağını göstərdilər. Orada tanış olduq, sonra danışdıq. Ona çox bağlandım, dəhşətli dərəcədə sevdim onu. O, məni daha çox sevir. Yusif, mən sənə burada son şansı verirəm" deyə, aktrisa barışdığını söyləyib.

N.Allahverdiyeva onu da vurğulayıb ki, keçmiş həyat yoldaşı onunla tanış olanda 5 il əvvəl ilk xanımından boşanıb.

Qeyd edək ki, N.Allahverdiyeva bir müddət əvvəl açıqlamasında rəsmi boşandıqlarını deyib.
 
(Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Rəşad Dağlının üzr videosu yayıldı - VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlı sosial şəbəkə hesabında üzr videosu paylaşıb. Sfera.az xəbər verir ki, Rəşad Dağlı Masallı toylarının birində dediyi meyxanan...

Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - VİDEO

Xalq artisti Naibə Allahverdiyeva boşandığı həyat yoldaşı ilə barışıb. Hadisə "Bizimləsən" proqramında baş verib. Belə ki, aktrisa verilişdə olan zaman hə...

Ağadadaş Ağayev: Türkiyədəki evimi satıb, pulunu yeyiblər

Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə "Günün sədası” proqramına qonaq olub. Sfera.az xəbər verir ki, veriliş zamanı A.Ağayev ...

“Başqasının ərini evə salmısan, atan falçılıqla məşğuldur, oğlun...“

Müğənni Afət Fərmanqızı həmkarı Nazəninlə qalmaqal yaşayıb.   Sferaz.az xəbər verir ki, Nazənini xaricdə yaşayan azərbaycanlılara onu söydürməkdə ittiham...

Şoubiznes nümayəndələri Şuşaya getdilər - FOTOLAR

Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.       Sfera.az xəbər verir ki, onlar Xalq artistləri ...

“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev

"İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, "Bila...