AFFA bu pankarta görə klubu niyə cərimələyib?

AFFA bu pankarta görə klubu niyə cərimələyib?
AFFA İntizam Komitəsi "Kəpəz"i cəzalandırıb. Gəncəlilər 1-ci divizionun 21-ci turunun səfərdə "Turan Tovuz"la reallaşan oyununda icazəsiz pankart açıblar. Bu səbəbdən də qurum onları 160 manat cərimələyib.

Sfera.az xəbər verir ki, AFFA İntizam Komitəsinin rəhbəri Erkin Hüseynov bununla əlaqədar "Futbol+” qəzetinin sualını cavablandırıb.

"Azərbaycan Premyer Liqasının, kubokunun, 1-ci divizionunun Əsasnaməsinin 29.30-cu maddəsinə görə, azarkeşlər görüş əsnasında plakat qaldırmaq istəyirlərsə, oyunöncəsi, fasilədə, matçdan sonra görüləcək tədbirlərlə bağlı PFL-ə müraciət etməlidir. Bir də Azərbaycan əlifbasında "ş” hərfi var. Həmin pankartdakı isə dollar işarəsidir. Ümumiyyətlə, buna görə də cəza düşür", - deyə E. Hüseynov bildirib.

AFFA rəsmisi, "dəfələrlə olub ki, hansısa klubun əcnəbi və ya yerli azarkeşləri fərqli dillərdə normal plakatlar açıblar. Onlar nə üçün cəzalanmayıblar?" sualına belə cavab verib:

"Çox yaxşı məsələyə toxunduz. Çünki bəzi AFFA nümayəndələri həmin şeyləri görmürlər. Ya da mediada bu haqda nəsə yazılmır ki, biz onu bilib, cəzalandıraq. Amma yenə deyirəm, bütün pankartlar və plakatlar üçün PFL-dən icazə almaq lazımdır".
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...