ABŞ və Ermənistan saziş imzalandı - Müqavilə hansı məqsədi daşıyır?
Dünya
12:13 / 03.05.2022
5059
ABŞ və
Ermənistan arasında nüvə əməkdaşlıq sazişi imzalanıb.
Sfera.az
xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Ermənistanın
xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət katibi Entoni
Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki xalq
arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini
bildirib.
Görüşdən
sonra tərəflər mülki nüvə əməkdaşlıq sazişi imzalayıblar. Müqavilə Ermənistanın
enerji təchizatını diversifikasiya etmək məqsədi daşıyır.