“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

16:37 / 18.05.2022
1265
NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər türk kabab restoranlarını və Türkiyədə istehsal olunan avtomobilləri boykot etməyə çağırıb.
Sfera.az xəbər verir ki, adıçəkilən millət vəkili Finlandiya vətəndaşlarını Türkiyəyə tətilə getməməyə, türk kabab restoranlarında yemək yeməməyə çağırıb:
"Heç kim Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünə mane ola biləcəyinə inanmır. Bu, Ərdoğan üçün güc oyunudur. Türkiyə lideri bunu populyarlığının tükənməsi və ağır iqtisadi durum səbəbilə edir".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın terrorçulara dəstək verdiyini əsas gətirərək NATO-ya daxil olmasını istəmir.
Əzizə Zeynal
Sfera.az