2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI

2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI
Rəqəmsal texnologiyalar tezliklə bir sıra peşələri məhv edəcək.
 
Sfera.az xəbər verir ki,  "Superjob” analitiklərinin fikrincə, dörd ixtisasın mövcudluğuna dəqiq son qoyulacaq. Aşağıdakı peşələrin yox olacağı proqnozlaşdırılır:

mühasiblər

taksi sürücüləri

tır sürücüləri

xarici dil müəllimləri
 
Gələcəkdə sözügedən  peşə sahibləri İnternet ticarəti, informasiya təhlükəsizliyi mütəxəssisləri və hətta "TikTok” çarxlarının istehsalı üzrə prodüser" kimi peşələrə yiyələnə biləcəklər.

İlkin hesabat mühasibləri daha sürətlə yox olacaq, çünki məhdudiyyətlər elektron sənəd dövriyyəsinə keçilməsi üçün zəmin yaradıb, baş mühasiblərin sayı isə 2030-cu ilə qədər beş dəfə azalacaq. "Superjob” mətbuat xidmətinin rəhbəri Natalya İlçenko bildirib ki, ən peşəkar mühasiblər  distant qaydada  bir neçə firmanın işini apracaq.

2030-cu il ərəfəsində  pilotsuz taksilərin tətbiqi ilə əlaqədar olaraq, taksi sürücülərinə və taksiçilik edənlərə tələb bu günlə müqayisədə 90% azalacaq. Əslində, elə indidən tır sürücülərinin kvalifikasiyasını dəyişdirib, onları pilotsuz yük maşını sürücüsü kimi hazırlamaq lazımdır, amma təəssüf ki, onların əksəriyyəti tezliklə özünə başqa iş axtarmalı olacaq.
 
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, əslində bir sıra peşələrin tədricən dövriyyədən çıxarılması prosesi gedir.
 
Odur ki, ekspertlər süpürgəçi, kuryer, fəhlə, taksi sürücüsü, poçtalyon, xəzinədar, mühafizəçi və s. kimi peşələrin uzunğmürlülüyünə etibar etməməyə çağırır.
 
Amma əvəzində bu vaxtadək bizə məlum olmayan yeni peşələr meydana çıxır. Yeni rəqəmsal sahələrin yaranması  ilə işəgötürənlər getdikcə daha çox "TikTok” çarxlarının istehsalı üzrə prodüserlər, Data-science  üzrə mütəxəssislər və qiymətləndiricilər axtarmağa başlayıblar. İnformasiya təhlükəsizliyi və elektron ticarət mütəxəssislərinə tələbat da durmadan artır.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bu adamlar ailə saxlayan deyil - Tez-tez boşanan bürclər

İnsanlar fərqli xasiyyətlərə malik olduqları kimi hansısa mövzulara da başqa cür yanaşır, mövqe sərgiləyirlər. Ailə qurmaq və boşanmaq da fərqli baxış bucağı ya...

Uçan avtomobil artıq xəyal deyil. Bəs, nə vəd edir? – Tıxacsız hərəkət, Dron taksi, təhlükəsizlik...

Uçan avtomobil ilk şəhərlərarası uçuşunu həyata keçirib. Sfera.az-ın xarici mətbuata istinadla məlumatına görə, uçan avtomobil ilk uzun məsafəli uçuşun...

Hamının danışdığı nikah mərasimi İstanbulda olub

Xəbər verdiyimiz kimi, dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayı...

2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI

Rəqəmsal texnologiyalar tezliklə bir sıra peşələri məhv edəcək.   Sfera.az xəbər verir ki,  "Superjob” analitiklərinin fikrincə, dörd ixtisası...

Bakıda villa qiymətinə samovar satılır - ŞOK MƏBLƏĞ

Bakıda rekord qiymətə samovar satılır.   Sfera.az-ın xəbərinə görə, elan saytlarının birində yerləşdirilən qədim samovara 350 min manat qiymət qoyulub....

Yəhudilərin niyə həmişə pulu olur? - 9 səbəb

Nobel mükafatçılarının 32%-ini yəhudilər təşkil edir, 400 varlı amerikalıdan 100-ü yəhudidir, "Forbes” siyahısını bəzəyənlərin əksəriyyəti  isə yəhudi mən...