Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO

Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO
Türkiyə lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi.

Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də davam edir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir.

İqtisadçı ekspert Fuad İbrahimov "Xəzər Xəbər”ə deyib ki, əslində ABŞ Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırdıqdan sonra bu, dünyanın bir çox dövlətlərinin milli valyutalarına təsir edib:

"O ki qaldı Türkiyə milli valyutasının ucuzlaşmasına, bunun üçün əlavə yeni faktorlar ortaya çıxmasa da, avrozonanın vahid valyutasının dəyər itirmə səbəbləri aydın görünür. Avropa fevral ayından etibarən, xüsusən Rusiya-Ukrayna savaşından bəri ticarət əməliyyatlarında mənfi saldoya düşüb”.

Ekspert əlavə edib ki, həm avrozona ilə, həm də qardaş ölkə Türkiyə ilə Azərbaycanın sıx ixrac-idxal əməliyyatları var və bu regional iqtisadi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir:

"Lakin avro və lirənin ucuzlaşdığı ərəfədə Azərbaycanın göstərdiyi makroiqtisadi göstəricilər bütün mümkün təzyiqləri aradan qaldırıb”.

Qeyd edək ki, son iki ayda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi azalma qeydə alınır. Ekspertin fikrincə, manatın möhkəmliyinin zəmanəti olan valyuta ehtiyatlarında baş verən bu azalma isə manata təhlükə yaratmır.

Daha ətraflı süjetdə:

 

OXŞAR XƏBƏRLƏR

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO

Türkiyə lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həf...

Azərbaycanda yuyucu tozlar kəskin BAHALAŞDI - Alıcıları şoka salan qiymətlər /FOTO

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib. Sfera.az xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu t...