2021-ci ildə 3,3 milyondan çox insan koronavirusdan ölüb
11:55 / 21.12.2021
643
2021-ci ilin əvvəlindən 3,3 milyondan çox insan koronavirusdan ölüb ki, bu da 2020-ci ildə HİV, malyariya və vərəmdən ölənlərin sayından artıqdır.
Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
"Hazırda "Omicron” ştamının Delta variantından əhəmiyyətli dərəcədə daha sürətli yayıldığına dair sübutlar var. Peyvənd edilmiş və ya virusdan sağalmış insanların yoluxma və ya təkrar yoluxma ehtimalı daha yüksəkdir", - Qebreyesus qeyd edib.
Turan Rzayev
Sfera.az